Kriptovalyuta bazarındakı əhval-ruhiyyə dedikdə nə nəzərdə tutulur?
Əsas səhifə
Məqalələr
Kriptovalyuta bazarındakı əhval-ruhiyyə dedikdə nə nəzərdə tutulur?

Kriptovalyuta bazarındakı əhval-ruhiyyə dedikdə nə nəzərdə tutulur?

Başlanğıc
Dərc edilmişdir Jun 3, 2021Yenilənib Apr 30, 2025
6m

Əsas diqqət yetiriləcək məqamlar

  • Bazar əhvali-ruhiyyəsi treyderlərin və investorların kriptovalyuta və ya bütövlükdə bazar barəsindəki ümumi əhvalını, hisslərini və münasibətlərini əks etdirir.

  • Bu hisslər həmişə aktivin və ya layihənin əsaslarını əks etdirməsə də, qiymət dəyişkənliyinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

  • Bazar əhvali-ruhiyyəsini anlayıb izləmək treyderlərə və investorlara qiymət dəyişikliklərini təxmin etməyə, riski idarə etməyə və daha məlumatlı qərarlar qəbul etməyə kömək edə bilər.

market sentiment cta

Giriş

Bütün maliyyə aktivləri kimi, kriptovalyutanın da qiymətinə təklif və tələb təsir edir. Bu amillər də öz növbəsində, çox vaxt ictimai rəy, xəbərlər, sosial media və investor psixologiyası əsasında formalaşır. 

Treyderlərin çoxu kriptoaktivin qısa və ortamüddətli potensialını proqnozlaşdırmaq üçün bazardakı əhvali-ruhiyyəni təhlil edir. Texniki və fundamental təhlillə yanaşı, kriptovalyuta bazarının əhvali-ruhiyyəsini araşdırmaq treyderin alətlər dəstinə dəyərli əlavə ola bilər.

Bazar əhvali-ruhiyyəsi nədir?

Bazar əhvali-ruhiyyəsi treyderlərin və investorların maliyyə aktivinə və ya bazara olan kollektiv münasibətidir. Konsepsiya kriptovalyuta daxil olmaqla bütün maliyyə bazarlarında mövcuddur. Bazar əhvali-ruhiyyəsi bazar dövrlərinə təsir edə bilər.

Bununla belə, əlverişli bazar əhvali-ruhiyyəsi həmişə müsbət bazar şəraitinə səbəb olmur. Bəzən güclü müsbət əhvali-ruhiyyə ( aya doğru gedir!) bazar düzəlişindən, hətta azalmaya meyilli bazardan əvvəl müşahidə edilə bilər.

Bazar tələbi ilə bağlı məlumat verməklə yanaşı, treyderlər potensial gəlirli tendensiyaları proqnozlaşdırmaq üçün bu hissləri təhlil edə bilərlər. Bazar əhvali-ruhiyyəsi həmişə layihənin əsaslarını nəzərə almır, lakin bəzən onlar bir-biri ilə əlaqəli ola bilər.

Misal: mem koinləri

Mem koini bazar əhvali-ruhiyyəsi anlayışını izah etməyə kömək edə bilər. Nümunə olaraq Dogecoin-ə nəzər salaq. Yüksəliş tendensiyası zamanı Dogecoin-ə olan tələbin böyük bir hissəsinə sosial media istifadəçilərinin həyəcanı təsir edib (bu da müsbət bazar əhvali-ruhiyyəsi yaradıb). 

Başqa sözlə desək, bir çox treyder və investor layihənin tokenomikasını və ya məqsədlərini nəzərə almadan Dogecoin satın alaraq bazar əhvali-ruhiyyəsinə aldanıblar. İlon Mask kimi ictimai fiqurun bir tviti belə bəzən müsbət və ya mənfi bazar əhvali-ruhiyyəsi yaratmağa kifayətdir.

elon musk dogecoin tweet

Artım və azalma əhvali-ruhiyyəsi

İnvestorun əhvali-ruhiyyəsi adətən iki əsas kateqoriyaya bölünür:

  • Artım əhvali-ruhiyyəsi: treyderlər və investorlar qiymətlərin artacağına əmindirlər. Bazar artıma meyilli olanda insanlar qiymətlərin artması ilə mənfəət əldə etmək ümidi ilə aktivlərini alıb-saxlamağa daha çox meyil edirlər.

  • Azalma əhvali-ruhiyyəsi: bədbinlik və qiymətlərin enməsi gözləntilərini göstərir. Azalma şəraitində investorlar hissələri satmağa və qısa mövqelər açmağa meyil edirlər.

Bu iki ideya eyni vaxtda bazarın müxtəlif hissələrində və ya müxtəlif investor qrupları arasında yarana və beləliklə də, tez-tez qiymət dəyişikliklərinə və qeyri-müəyyənliyə səbəb ola bilər.

Bazar əhvali-ruhiyyəsinin təhlili niyə vacibdir?

Bazar əhval-ruhiyyəsinin təhlili bir çox treydinq strategiyasının vacib hissəsidir. Məsələn, bu təhlil sayəsində FOMO-nun əsaslı, yoxsa sürü psixologiyasının nəticəsi olduğunu öyrənə bilərsiniz. Ümumilikdə, texnikifundamental təhlili bazar əhvali-ruhiyyəsinin araşdırmaları ilə birləşdirməklə əldə edəcəksiniz:

  • Qısa və ortamüddətli qiymət hərəkatını daha yaxşı anlamaq.

  • Emosional vəziyyətinizi yaxşılaşdırmaq. 

  • Potensial qazanclı imkanları kəşf etmək.

Bazar əhvali-ruhiyyəsi necə təhlil edilir?

Bazarın əhvali-ruhiyyəsini başa düşmək üçün bazar iştirakçılarının fikirlərini, ideyalarını və düşüncələrini toplamalı olacaqsınız. İcmanın və investorların müəyyən bir layihə və ya bütövlükdə bazar haqqında nə hiss etdiyini anlamaq üçün müvafiq sosial media səhifələrini və kanallarını araşdıraraq əsas təəssürat əldə edə bilərsiniz.

Həmçinin layihənin komandası və icma üzvləri ilə birbaşa danışmaq üçün rəsmi forumlara, Discord serverlərinə və ya Telegram qruplarına qoşula bilərsiniz. Ancaq diqqətli olun! Həmin qruplarda çoxlu fırıldaqçılar var. Təsadüfi insanlara güvənməyin və risk götürməzdən əvvəl öz tədiqatınızı aparın.

Sosial kanalları (kriptovalyuta istifadəçiləri arasında populyarlığını nəzərə alaraq, xüsusilə X) araşdırmaqla yanaşı aşağıdakıları da nəzərdən keçirə bilərsiniz:

  1. Data toplayan proqram təminatı vasitələri ilə sosial qeydləri izləmək.

  2. Media portalları və bloqlar vasitəsilə ən son sənaye xəbərlərindən xəbərdar olmaq. Binance Bloqu, Bitcoin Magazine və CoinDesk bəzi nümunələrdir.

  3. Balinaların etdiyi böyük tranzaksiyalardan xəbərdar olmaq üçün xəbərdarlıqlar təyin edin və ya onları izləyin. Kriptovalyuta investorlarının müntəzəm olaraq izlədiyi bu dəyişikliklər bazar əhvali-ruhiyyəsinə təsir göstərə bilər. Telegram və X-də pulsuz balina xəbərdarlıq botlarını (məs., WhaleAlert) tapa bilərsiniz.

  4. CoinMarketCap-də bazar əhvali-ruhiyyəsinin göstəricilərini və qiymət siqnallarını yoxlayın. Bu indekslər bir sıra müxtəlif mənbələri təhlil edir və cari bazar əhvali-ruhiyyəsinin asan xülasəsini təqdim edir.

  5. Google Trends ilə kriptovalyuta xəbərlərini dəyərləndirin. Məsələn, "Kriptovalyuta necə satılır?" kimi çoxlu sayda axtarışın olması bazar əhvali-ruhiyyəsinin mənfi olduğunu göstərə bilər.

Bazar əhvali-ruhiyyəsinin göstəriciləri

Qorxu və acgözlük indeksi

Kriptovalyutada qorxu və acgözlük indeksi bu bazarda əhvali-ruhiyyənin məşhur göstəricisidir. İndeks dəyişkənlik, bazarın həcmi, sosial media, dominantlıq və tendensiyalar da daxil olmaqla müxtəlif məlumat mənbələrini təhlil edərək 0–100 aralığında bazar qorxusunu və ya acgözlüyünü göstərir.

fear greed index

Artım və azalma indeksi

Augmento-nun artım və azalma indeksi sosial mediaya diqqət yetirən fərqli bir əhvali-ruhiyyə göstəricisidir. Süni intellekt (AI) proqram təminatı X, Reddit və Bitcointalk kimi kanallardakı söhbətlərdən istifadə edərək 93 əhvali-ruhiyyəni və mövzunu təhlil edir. Göstərici dəyəri sıfırdan (azalma) birə (artım) qədər dəyişir.

bull bear index

Yekun qeydlər

Bir çox treyderin investisiya bazarlarını təhlil etmək üçün istifadə etdiyi bazar əhvali-ruhiyyəsi kriptovalyuta bazarında da faydalı ola bilər. Blokçeyn sənayesi və kriptovalyuta bazarları hələ də nisbətən kiçik olduğundan, ictimai rəy və əhvali-ruhiyyə dəyişkən qiymət dalğalanmalarına səbəb ola bilər.

Bazar əhvali-ruhiyyəsinin təhlili daha çox praktika və təcrübə ilə daha yaxşı nəticələr təklif etsə də, bəzi hallarda işə yaramaya bilər. Ticarət və ya investisiya etməzdən əvvəl hərtəfərli araşdırma apardığınızdan əmin olun və yalnız itirə biləcəyiniz məbləğ üçün risk götürün.

Tövsiyə olunan ədəbiyyat

İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə nəzər salın.

OSZAR »