KernelDAO (KERNEL) nədir?
Əsas səhifə
Məqalələr
KernelDAO (KERNEL) nədir?

KernelDAO (KERNEL) nədir?

Orta
Yenilənib Apr 10, 2025
6m

Əsas diqqət yetiriləcək məqamlar

  • KernelDAO istifadəçilərin pay qoyulmuş tokenlərini bir neçə şəbəkə və xidmət üzrə istifadə etməklə onlardan daha çox gəlir əldə etmələrinə kömək edən təkrar steykinq ekosistemidir. Onların hədəfi istifadəçilərdən texniki təfərrüatlarla məşğul olmağı tələb etmədən steykinqin daha səmərəli və gəlirli olmasını təmin etməkdir.

  • Ethereum və BNB zəncirində əlçatan olan KernelDAO ekosisteminin üç əsas məhsulu var: Kernel, Kelp və Gain. 

  • Kernel istifadəçilərin tokenlərini təkrar steykinq üçün depozit qoyduqları platformadır. Kelp validatorları onlara ehtiyacı olan xidmətlərlə uyğunlaşdıran sistemdir. Gain istifadəçilərin mükafatlarını izləmələrinə və maksimallaşdırmalarına kömək edən alətdir.

Giriş

Kriptovalyuta sahəsində meydana gələn yeni tendensiyalardan biri təkrar steykinqdir. Bu mexanizm pay qoyulmuş aktivlərin kapital səmərəliliyini və təhlükəsizliyi artırmaq məqsədilə bir neçə şəbəkə və ya xidmət üzrə təkrar istifadə olunmasına imkan verir.

Daha çox mərkəzdənkənar xidmətlər yaradıldıqca bu xidmətləri idarə etmək və dəstəkləmək üçün etibarlı validator tələbatı da artır. KernelDAO istifadəçi, validator və developerlərin təkrar steykinq səylərini koordinasiya edə bilmələri üçün bu prosesi sadələşdirməyi hədəfləyir.

Likvid steykinq tokenlərinizin (LST) olmasından və ya validator qovşağı işlətməyinizdən asılı olmayaraq KernelDAO kriptoaktivlərinizdən daha çox dəyər əldə etməyinizə kömək edə bilər.

KernelDAO-nun iş prinsipi necədir?

KernelDAO yüksək səviyyədə üç qrupu birləşdirir: token sahibləri, validatorlar və Aktiv şəkildə təsdiqlənən xidmətlər (AVS) adlanan xidmətlər. KernelDAO aşağıdakılar üçün yaradılıb:

  1. LST-ni təkrar steykinq etməklə əlavə gəlir əldə etmək istəyən istifadəçilər;

  2. Daha çox xidmət təmin etmək və əlavə mükafatlar qazanmaq istəyən validatorlar;

  3. İşləməsi üçün etibarlı validatorlar tələb olunan Aktiv şəkildə təsdiqlənən xidmətlər (AVS).

Protokolun bu işi yerinə yetirən üç əsas məhsulu var: Kernel, KelpGain.

Kernel: giriş nöqtəsi

Kernel hər şeyin başladığı platformadır. İstifadəçilər LST-ni (stETH və ya digərləri kimi) depozit olaraq Kernel-ə qoya bilərlər. Bu tokenlər daha sonra bir neçə xidmət üzrə təkrar steykinq edilir. Tokenlərinizin hara gedəcəyini manual qaydada seçməyiniz tələb olunmur. Kernel bunu sizin yerinizə həyata keçirir.

Kernel aşağıdakıları icra edir:

  • Təkrar steykinq edilmiş tokenlərinizi idarə etmək üçün etibarlı validatorlar seçir;

  • Vəsaitlərinizi kəsilməkdən (validatorların yanlış davranışlarına görə verilən cəzalardan) qorumağa çalışır;

  • Daha yaxşı mərkəzdənkənarlaşdırma üçün tokenləri müxtəlif validatorlar arasında yaymağı hədəfləyir;

  • Sizə daha yaxşı gəlir qazandıra biləcək təkrar steykinq strategiyaları axtarır.

Bir sözlə, Kernel təkrar steykinqin mütəmadi istifadəçilər üçün asan və avtomatlaşdırılmış olmasını təmin edir.

Kelp: uyğun mühərrik

Kelp validator və AVS-lər üçün uyğun mühərrik rolunu oynayır. AVS-lər məlumatların təmin edilməsi, tranzaksiyaların yoxlanılması və müəyyən sistemlərin işlək vəziyyətdə saxlanılması kimi tapşırıqları yerinə yetirmək üçün validatorlara əsaslanan tətbiq və ya xidmətlərdir. Kelp bu tətbiq və xidmətlərin aşağıdakılar əsasında validatorları tapmağına kömək edə bilər:

  • Fəaliyyət müddəti və performans tarixçəsi;

  • Validatorun payı;

  • Hansı növ xidmətləri yaxşı təmin etdiyi.

AVS-lər eyni zamanda öz qaydalarını, məsələn, validatorun ödənişi necə qəbul etdiyini və ya nələrin yanlış davranış kimi qəbul edilməli olduğunu təyin edə bilərlər. Kelp bütün bunları həyata keçirir.

Kelp validatorlar üçün manual axtarış etmədən təkrar steykinq imkanları tapmağı asanlaşdırır.

Gain: mükafat optimallaşdırıcısı

Gain istifadəçilərin təkrar steykinq mükafatlarını izləmək və idarə etmək üçün istifadə etdiyi hissədir. Tokenlərinizin dəstəklədiyi müxtəlif xidmətlərdən qazandığınız gəlirləri bir yerə toplayır. Gain eyni zamanda aşağıdakılar ilə bağlı da kömək edə bilər:

  • Gələcək qazanclarınızın hesablanması;

  • Mükafatların tələb edilməsi;

  • Vaxt keçdikcə gəliri artırmaq üçün mənfəətlərin təkrar investisiya olaraq qoyulması.

Beləliklə, Gain bir neçə platformaya daxil olmaq əvəzinə, təkrar steykinq edilmiş aktivlərinizi idarə etməyiniz üçün vahid platforma təqdim edir.

KERNEL tokeni

KERNEL tokeni KernelDAO ekosisteminin əsas tokenidir. Tokenin əsas funksiyalarına aşağıdakılar daxildir:

  • İdarəetmə: token sahibləri protokolun necə inkişaf etdiyinə, hansı validatorlara icazə verildiyinə və ya təkrar steykinq strategiyalarının necə seçildiyinə səs verə bilərlər.

  • Stimullar: istifadəçi və validatorlar şəbəkədə iştirak etdiklərinə görə KERNEL tokenləri qazana bilərlər.

  • Steykinq: KERNEL tokenlərini saxlamaq və ya steykinq etmək nəticəsində daha yüksək mükafatlar və ya daha çox səsvermə hüququ kimi əlavə üstünlüklərin kilidi açıla bilər.

KERNEL-in ümumi tədarükü 1 milyard tokendir. Onun bir hissəsi erkən istifadəçi mükafatları və Binance Megadrop kimi kampaniyalar vasitəsilə paylanır.

KernelDAO və Binance Megadrop

1 aprel 2025-ci il tarixində KernelDAO istifadəçilərə yeni Web3 layihələrinə erkən giriş imkanı verən platforma olan Binance Megadrop üzrə dördüncü layihə olaraq elan edildi. BNB-ni Sadə qazanc məhsullarında kilidləyən və müəyyən Web3 kvestlərini tamamlayan istifadəçilər KERNEL mükafatları əldə etmək üçün uyğun olurdular.

Binance Megadrop-a cəmi 40 milyon KERNEL tokeni ayrılıb və bu, ümumi tədarükün 4%-ni təşkil edir. Digər marketinq kampaniyalarına əlavə 40 milyon token ayrılacaq.

Nəzərə alınmalı risklər

İstənilən başqa protokol kimi KernelDAO da risksiz deyil. Diqqət yetirməli olduğunuz bəzi məqamlar ilə tanış olaq:

  • Kəsmək: validator yanlış davrandığı halda, pay qoyulmuş aktivlərinizdən bəziləri itirilə bilər.

  • Smart müqavilə xətaları: istənilən başqa DeFi platformasında olduğu kimi kodda olan çatışmazlıqlar böyük itkilərə səbəb ola bilər.

  • Bazar riski: token qiymətləri və gəlirlər sürətli şəkildə dəyişə bildiyindən qazanclara zəmanət verilmir.

Maliyyə riski etməzdən əvvəl öz tədqiqatınızı aparmaq və protokolun necə işlədiyini başa düşmək vacibdir. Məhsullarla tanış olmaq üçün kiçik miqdarlarla başlamaq yaxşı fikir ola bilər.

Yekun qeydlər

KernelDAO böyüməkdə olan təkrar steykinq sahəsinə daha çox struktur və səmərəlilik gətirməyə çalışır. O, istifadəçiləri, validatorları və mərkəzdənkənar xidmətləri birləşdirən alətlər təklif etməklə insanların pay qoyulmuş tokenlərdən qazanc əldə etmələrini sadələşdirməyi hədəfləyir. Passiv steyker, infrastruktur operatoru və ya Web3 xidmətlərini yaradan developer olmağınızdan asılı olmayaraq KernelDAO təkrar steykinqlə daha mütəşəkkil şəkildə məşğul olmaq üçün platforma təklif edir.

Tövsiyə olunan ədəbiyyat

İmtina: Bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə nəzər salın.

OSZAR »