Əsas diqqət yetiriləcək məqamlar
Sign istifadəçilərə çoxsaylı blokçeynlərdə rəqəmsal sertifikatlar yaratmağa və doğrulamağa imkan verir.
O, kimlik, sahiblik və ya müqavilələrlə bağlı iddiaların müxtəlif şəbəkələrdə təhlükəsiz və asanlıqla yoxlanılmasını təmin etmək üçün şifrələmə və sıfır məlumat sübutlarından istifadə edir.
İstifadəçilər əlavə şəxsi məlumatları açıqlamadan sahiblik, kimlik və ya uyğunluğu sübut edə bilərlər.
TokenTable layihələrə airdrop-lar, investisiya cədvəlləri və ya tokenin kilidindən çıxarma kimi token paylamalarını idarə etməyə kömək edən bir sıra opsionlar təqdim edir.
Giriş
Müasir rəqəmsal dünyada kim olduğunuzu sübut etmək həmişəkindən daha vacibdir. Sign layihəsinin məqsədi blokçeyn texnologiyasından istifadə etməklə insanların və bizneslərin kimliklərini doğrulamalarını və şəxsi məlumatları təhlükəsiz şəkildə paylaşmalarını asanlaşdırmaqdır. O həmçinin layihələrə tokenləri daha ağıllı və daha çevik şəkildə paylamağa kömək edir.
Sign layihəsi nədir?
Sign layihəsi rəqəmsal dünyada təhlükəsiz, doğrulana bilən və əlçatan şəxsi məlumatlara olan ehtiyaca cavab verir. Sign blokçeyn texnologiyasını, smart müqavilələri və məxfilik tədbirlərini birləşdirir və çoxsaylı blokçeyn şəbəkələrində kimlik, sahiblik və müqavilələri doğrulamaq üçün mərkəzdənkənar yanaşma təklif edir.
Sign necə işləyir?
Sign ekosistemi dörd əsas məhsuldan ibarətdir:
Sign protokolu: bir çox zəncirdə attestasiyaların yaradılmasını və doğrulanılmasını asanlaşdırır.
TokenTable: airdrop, investisiya və kiliddən çıxarma cədvəlləri kimi üsullarla tokenlərin paylanıldığı platforma.
EthSign: zəncirdaxili rəqəmsal müqavilələrin icrası üçün mərkəzdənkənar tətbiq (Dapp).
SignPass: zəncirdaxili kimlik qeydiyyatı və doğrulaması üçün sistem. O, kimliklərini onlayn şəkildə sübut etməkdə istifadəçilərə kömək edir.
Sign protokolu
Sign protokolunu rəqəmsal notarius kimi düşünün. Onun sayəsində istifadəçilər kimlik, sahiblik və ya müqavilələr kimi məsələlər haqqında iddialar irəli sürə və doğrulaya bilərlər. O, bir çox blokçeynlə işləyirŞ eləcə də şifrələmə və sıfır məlumat sübutlarından istifadə edən daxili məxfilik xüsusiyyətlərinə malikdir. Onun əsas xüsusiyyətlərindən bəziləri bunlardır:
Omniçeyn imkanı: müxtəlif blokçeynlər arasında attestasiyaları dəstəkləyir.
Data strukturu: açar dəyəri cütləri üzərində qurulması attestasiyalara müxtəlif data formatlarına yüksək dərəcədə uyğunlaşmaq imkanı verir.
Məxfilik xüsusiyyətləri: data sıfır məlumat sübutları vasitəsilə şifrələnə və ya gizlədilə bilər. Bu sayədə istifadəçilər əsas datanı açıqlamadan iddiaları sübut edə bilərlər.
Developerə stimul: Sign protokolunu inteqrasiya edən developerlərə maliyyə və dəstək təmin edərək innovasiyaları təşviq edir.
Data təhlükəsizliyi: Arweave yaddaşı kimi geri qaytarma mexanizmləri blokçeyn şəbəkələrində problemlər baş versə belə, məlumatların itməməsini təmin edir.
TokenTable
TokenTable token paylamasında yaranan çətinlikləri həll edir. TokenTable smart müqavilələrdən istifadə etməklə müxtəlif paylama modellərini təmin edə bilər:
Kilid açıcı: tamamilə zəncirdaxili həyata keçirilən token kiliddən çıxarma cədvəlləri.
Merkle əsaslı paylamalar: Merkle ağaclarından istifadə edərək səmərəli paylama.
İmza əsaslı paylama: yüngül, sərfəli token iddiası prosesləri.
TokenTable vasitəsilə layihələr minimal manual müdaxilə ilə tokenlərin investisiya cədvəllərini idarə edə, airdrop-lar həyata keçirə və tokenin kiliddən çıxarılmasını idarə edə bilər. Paylama modelləri xərc səmərəliliyini zəncirdaxili doğrulama ilə balanslaşdırmaq üçün nəzərdə tutulmuşdur və layihənin ehtiyacları əsasında fərdiləşdirilə bilər.
EthSign
EthSign ənənəvi elektron imza platformalarına mərkəzdənkənar alternativ təqdim edir. Ənənəvi onlayn imza xidmətlərinə güvənmək əvəzinə istifadəçilər birbaşa blokçeyn şəbəkələrində kontraktlar və müqavilələr imzalaya bilərlər.
SignPass
SignPass istifadəçilərə zəncirdə qeydiyyatdan keçməyə və kimliklərini doğrulamağa imkan verir. O, real dünya şəxsi məlumatlarını mərkəzdənkənar şəxsiyyətlərlə əlaqələndirir, istifadəçilərə əlavə şəxsi məlumatları açıqlamadan statuslarını və ya bacarıqlarını sübut etməyə kömək edir.
Attestasiyaların yaradılması və doğrulanması
Sign ekosistemində attestasiyalarda üç tərəf iştirak edir:
Attestat: başqa bir qurum haqqında bəyanat verən qurum (məsələn, "bu pul kisəsi Alisaya məxsusdur").
Subyekt: attestasiyada göstərilən qurum.
Doğrulayan: attestasiyanın qanuni olub-olmadığını yoxlayan qurum.
Attestatlar Sign protokolundan istifadə edərək mövzu haqqında imzalanmış bəyanatlar yaradırlar. Bu attestasiyalar daha sonra giriş icazələri və məxfilik parametrlərindən asılı olaraq hər hansı üçüncü tərəf tərəfindən doğrulana bilər.
SIGN tokeni
SIGN tokeni ekosistemdə istifadə və idarəetmə tokeni rolunu oynayır:
Ümumi tədarük: 10 milyard SIGN tokeni.
İlkin dövriyyədəki kütlə: 1,2 milyard SIGN (ümumi tədarükün 12%-i).
İstifadə halları: tranzaksiya ödənişi, idarəetmədə iştirak, steykinq stimulları və icma mükafatları.
Sign layihəsinin token paylaması mərkəzdənkənar sahibliyi təşviq edərək erkən qəbul edənlər və icma üzvləri üçün airdrop-ları əhatə edir.
Binance HODLer airdrop-da SIGN
25 aprel 2025-ci ildə Binance SIGN-ı Binance HODLer Airdrop-da 16-cı layihə olaraq elan etdi. 15 apreldən 19 aprelə qədər BNB-lərini Sadə qazanc və ya Zəncirdaxili gəlirlər məhsullarına abunə edən istifadəçilər airdrop-lar əldə edə bilərlər. Proqram üçün ümumi 200 milyon SIGN tokeni ayrılıb. Bu isə ümumi token tədarükünün 2%-ni təşkil edir.
SIGN USDT, USDC, BNB, FDUSD və TRY cütlərinə qarşı ticarət etməyə imkan verən toxum teqi ilə Binance-də treydinq üçün listinq edilib.
Yekun qeydlər
Sign doğrulana bilən iddiaların və təhlükəsiz token paylamasının kriptovalyuta məkanında necə işləyəcəyinin əsasını qoyur. Məxfiliyə diqqət yetirməklə və çoxsaylı blokçeynləri dəstəkləməklə istifadəçilərin, developerlərin və qurumların ehtiyaclarına uyğun çevik sistem təklif edə bilər. Məqsəd həssas məlumatları qoruyarkən rəqəmsal qarşılıqlı əlaqənin doğrulanmasını asanlaşdırmaq və daha etibarlı rəqəmsal məkan yaratmaqdır.
Tövsiyə olunan ədəbiyyat
İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə nəzər salın.